Nepalda 9 gün sonra möcüzəvi xilasetmə: 170 metr dərinlikdən sağ çıxarıldılar

Nepalda 9 gün sonra möcüzəvi xilasetmə: 170 metr dərinlikdən sağ çıxarıldılar

Nepalda sel və torpaq sürüşmələrinin səbəb olduğu fəlakət zamanı 170 metr dərinlikdə yerləşən tuneldə 9 gün ərzində köməksiz qalan iki işçi sağ xilas edilib.

Sanjay Sah və Kabir Maharjan xilasedicilərin apardığı əməliyyat nəticəsində tuneldən çıxarılıb. Onlar tibbi müayinə üçün xəstəxanaya yerləşdiriliblər.

İki şəxsin 9 gün sonra sağ tapılması ölkədə davam edən axtarış-xilasetmə əməliyyatları fonunda ümidləri artırıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir