Nepalda baş verən güclü sel və daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə yüksəlib.
“Xəbər Yerində” xəbər verir ki, bu barədə Reuters Nepalın Fəlakət İdarəsinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, ölkədə daha 2 498 nəfər itkin hesab olunur. Xilasetmə əməliyyatları nəticəsində isə 7 514 nəfər təhlükəli ərazilərdən çıxarılıb.
Fəlakət avqustun 26-da Nepal-Çin sərhədində buzlaqın çökməsi nəticəsində başlayıb. Daş, buz, palçıq və su kütləsi dağ çaylarına axaraq yaşayış məntəqələrinə, yollara, körpülərə və enerji obyektlərinə ciddi ziyan vurub.

Reuters-in məlumatına görə, Nepal və Çinin Tibet bölgəsindəki fəlakət nəticəsində ümumilikdə 750 nəfər həyatını itirib, 3 044 nəfər isə itkin düşüb. Tibetdə 16 nəfərin öldüyü və 546 nəfərin itkin olduğu bildirilir.
Nepalda axtarış-xilasetmə işləri davam edir. Əməliyyatlar güclü yağış, çaylarda suyun səviyyəsinin artması və yeni daşqın təhlükəsi səbəbindən çətin şəraitdə aparılır.

