Nigar Fərhadın əri külli miqdarda dələduzluqda ittiham olunur

Nigar Fərhadın əri külli miqdarda dələduzluqda ittiham olunur

Aparıcı Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberyerinde-nin Əldə etdiyi məlumata görə, cinayət işi onun faktiki olaraq rəhbərlik etdiyi “AİD Group” xaricdə təhsil şirkətinin fəaliyyəti ilə bağlı aparılan araşdırmalar çərçivəsində başlanıb.

Qeyd olunur ki, son aylarda şirkətin fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər daxil olub. Məsələ ictimaiyyətin də diqqət mərkəzində idi və bununla bağlı müxtəlif məlumatlar yayılmışdı.

İlkin istintaqın nəticələrinə əsasən, Samir Yəhyazadəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Araşdırma çərçivəsində “AİD Group”un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyevanın da ifadələri alınıb. Hüquq-mühafizə orqanlarında onlarla bağlı araşdırmaların davam etdiyi bildirilir. Eyni zamanda, aparıcının ölkəni tərk etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyi qeyd olunur.

Məlumat üçün bildirək ki, “AİD Group” xaricdə təhsil xidmətləri göstərən şirkətlərdən biridir. Şirkətin təsisçisi Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bəyan edib. O, müxtəlif televiziya kanallarında aparıcılıq fəaliyyəti göstərib və zaman-zaman səsləndirdiyi fikirlərlə ictimai müzakirələrə səbəb olub.

Samir Yəhyazadənin isə əsasən ABŞ-nin Nyu-York şəhərində yaşadığı və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərdiyi bildirilir.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir