Nigar Fərhad sərbəst buraxıldı – istintaq nəzarətində olacaq

Nigar Fərhad sərbəst buraxıldı – istintaq nəzarətində olacaq

“AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.

Xəbər Yerində xəbər verir ki, şirkətin fəaliyyəti ilə bağlı çoxsaylı vətəndaş şikayətlərindən sonra saxlanılan Nigar Fərhad bir neçə saat istintaqa ifadə verib.

Məlumata görə, istintaq orqanı hələlik onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etməyib. O, hazırda istintaq nəzarəti altında sərbəstdir.

Cinayət işi Baş Prokurorluğa verilib

“AİD Group”un fəaliyyəti ilə bağlı araşdırma artıq Baş Prokurorluğun icraatına götürülüb. Hazırda cinayət işi çərçivəsində Nigar Fərhad, onun həyat yoldaşı Samir Yəhyazadə və digər şəxslərin fəaliyyəti araşdırılır.

Nigar Fərhad barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi – dələduzluq maddəsi üzrə cinayət təqibi həyata keçirilir.

Zərərin ödənilməsi tapşırılıb

İstintaq çərçivəsində Nigar Fərhada vətəndaşlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tapşırıq verilib.

Araşdırmanın nəticəsindən asılı olaraq iş üzrə digər şəxslərin hüquqi statusuna və barələrində görüləcək tədbirlərə də aydınlıq gətiriləcək.

Mənbə:Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir