Zelenski: Rusiyada 16 mühüm hədəfə zərbə endirdik

Zelenski: Rusiyada 16 mühüm hədəfə zərbə endirdik

Ukrayna son 24 saat ərzində Rusiya ərazisində 16 mühüm hədəfə zərbə endirib.

Xəbər Yerində xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, uzaqmənzilli silahlarla həyata keçirilən hücumlar nəticəsində Rusiyanın neft sənayesi ilə bağlı obyektləri, aerodromlar, raket bölməsi və Ukraynaya qarşı hücumlarda istifadə olunan infrastruktur hədəfə alınıb.

Zelenski həmçinin hərbi müəssisə və logistika mərkəzlərinin də zərbələrə məruz qaldığını bildirib.

Ukrayna Baş Qərargahı isə hədəflərdən birinin Nijni Novqorod vilayətinin Kstovo şəhərində yerləşən “Lukoyl-Nijni Novqorod” neft emalı zavodu olduğunu təsdiqləyib. Hücumdan sonra zavod ərazisində yanğın baş verdiyi bildirilib.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir