Nikosayağı qol transplantasiyası etdirməməsinin səbəbini açıqladı-VİDEO

Nikosayağı qol transplantasiyası etdirməməsinin səbəbini açıqladı-VİDEO

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəblərindən danışıb.

O, sosial şəbəkədə paylaşdığı videoda son vaxtlar bu məsələ ilə bağlı çoxsaylı mesajlar aldığını və bununla bağlı Türkiyədə araşdırma apardığını bildirib.

Nicat Şakirli transplantasiya əməliyyatından sonra immun sisteminin orqanı rədd etməsinin qarşısını almaq üçün uzunmüddətli dərman müalicəsinin tələb olunduğunu deyib. Onun sözlərinə görə, bu dərmanlar immun sisteminin fəaliyyətinə təsir göstərdiyindən transplantasiya olunmuş şəxslərin infeksiyalara qarşı daha həssas olması mümkündür.

Bloqer bu səbəblərdən qol transplantasiyasına üstünlük vermədiyini bildirib və fikirlərini əsasən qazilərə çatdırmaq istədiyini vurğulayıb.

Qeyd edək ki, Nicat Şakirli 2023-cü ilin avqustunda ağır yol qəzasına düşüb. Qəza nəticəsində onun dostu Ruslan Məmmədov həyatını itirib, Şakirlinin isə sağ qolu dirsəkdən amputasiya olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir