Paytaxtın Nizami rayonunda taksidən pul, mobil telefon və bank kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Şübhəli şəxs müəyyən edilərək saxlanılıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Ə.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Sürücünün avtomobildən düşməsindən istifadə edib
Araşdırma zamanı müəyyən edilib ki, Ə.Tağıyev müştəri kimi taksidə əyləşib. Daha sonra sürücünün avtomobildən düşməsindən istifadə edərək nəqliyyat vasitəsinin salonundan 770 manat pul, mobil telefon və bank kartlarını götürərək oğurlayıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.

