Türkiyədə Nuhun gəmisinin qalıqlarının olduğu ehtimal edilən ərazidə aparılan araşdırmalarda yeni izlər aşkarlanıb.
Arxeoloq Endryu Consun sözlərinə görə, ərazidə gəmi formasına bənzəyən struktur müəyyən edilsə də, onun mənşəyi hələ tam təsdiqlənməyib.
Georadar vasitəsilə aparılan skanlamalar zamanı düz bucaqlar, dəhlizlər və mümkün daxili bölmələr aşkar edilib. Tədqiqatçılar bunun təbii qaya formasından daha mürəkkəb struktur ola biləcəyini düşünürlər.
Araşdırmalar zamanı ərazinin GPS xəritələndirilməsi aparılıb, həmçinin torpaq nümunələri götürülüb. Layihədə ABŞ, Avstraliya, Braziliya və Slovakiyadan olan mütəxəssislər də iştirak edir.
Ərazi ilk dəfə 1959-cu ildə xəritəşünas İlhan Durupınar tərəfindən müəyyən edilib. Bununla belə, alimlər tapıntıların Nuhun gəmisinə aid olduğunu hələ təsdiqləməyiblər.
Mənbə: Qafqazinfo

