Mehriban Xanlarova: “Ya iş tapmalıyam, ya da..”

Mehriban Xanlarova: “Ya iş tapmalıyam, ya da..”

Əməkdar artist Mehriban Xanlarova TikTok-da canlı yayımlar açmasını tənqid edənlərə cavab verib.

Aktrisa bildirib ki, platformada canlı yayım açmaqda məqsədi pul toplamaq deyil, izləyiciləri ilə ünsiyyət qurmaqdır. O, yayımlarda hədiyyə göndərənlərə də təşəkkür etdiyini deyib.

Mehriban Xanlarova hazırda heç bir yerdə işləmədiyini və iş axtardığını açıqlayıb.

“59 yaşım var. Heç vaxt nəyisə gizlətməmişəm. Deyirlər, oturub dilənir. Niyə? İşləmək istəyirəm, gözləyirəm. Mağazada belə işləməyə eyib kimi baxmıram. Ya iş tapmalıyam, ya da… Nə vaxta kimi dost-tanış mənə yardım edəcək?” – deyə aktrisa bildirib.

Mənbə: Axşam.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir