Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda torpağa tapşırılıb.
Xeberyerinde APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, şairin qələm dostları, ailə üzvləri və yaxınları iştirak ediblər.
Bundan əvvəl Beynəlxalq Muğam Mərkəzində Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib.
Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.





