Xalq şairi Nəriman Həsənzadə ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Xeberyerinde Report-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərhumun vida mərasiminə əklil göndəriblər.
Mərasimdə şairin ailə üzvləri, yaxınları, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Vida mərasimində Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən, zəngin yaradıcılıq irsindən və ictimai fəaliyyətindən bəhs olunub.
Mərasimin ardından Xalq şairinin nəşi dəfn olunmaq üçün Birinci Fəxri xiyabana aparılıb. Nəriman Həsənzadə burada torpağa tapşırılacaq.
Qeyd edək ki, Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq və ictimai xadim Nəriman Həsənzadə uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.





