Avarçəkənlərimiz Avropa çempionatının gümüş medalını qazandı-FOTO

Avarçəkənlərimiz Avropa çempionatının gümüş medalını qazandı-FOTO

İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında Azərbaycan idmançıları uğurlu çıxış ediblər.

Xeberyerinde Qafqazinfo-ya istinadən xəbər verir ki, yüngül çəkili idmançıların yarışında Azərbaycan Su İdman Növləri Federasiyasını təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev ikinəfərlik qayıq yarışında final mərhələsini ikinci pillədə başa vuraraq Avropa çempionatının gümüş medalına sahib olublar.

Beləliklə, Azərbaycan cütlüyü qitə birinciliyində fəxri kürsünün ikinci pilləsinə yüksələrək növbəti uğurunu əldə edib.

Qeyd edək ki, Ziya Məmmədzadə və Nurlan Paşayev bundan əvvəl də uğurlu nəticə göstərərək 12–14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda bürünc medal qazanmışdılar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir