Obyektdə baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib-VİDEO

Obyektdə baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib-VİDEO

Bakıdakı tarixi binada yanğın məhdudlaşdırıldı

Bakının Səbail rayonunda, Yusif Məmmədəliyev küçəsində yerləşən tarixi binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Yanğın dövlət tərəfindən mühafizə olunan, XIX əsrin sonlarında inşa edilmiş memarlıq abidəsində qeydə alınıb. İlkin məlumata görə, alov binanın birinci mərtəbəsində yerləşən restorandan başlayıb. Bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Xeberyerinde-nin əldə etdiyi məlumata görə, binada arakəsmələrin taxta konstruksiyalardan ibarət olması alovun sürətlə yayılması riskini artırıb və yanğınsöndürmə işlərini çətinləşdirib. Buna baxmayaraq, yanğınsöndürənlərin operativ və peşəkar müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı 6 nəfər tüstüdən zəhərlənib. Onlardan iki nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri stabil qiymətləndirilir. Daha 4 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir. Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir