Ukraynanın Odessa şəhərinə endirilən dron zərbəsi zamanı 18 yaşlı azərbaycanlı tələbə xəsarət alıb.
Xeberyerinde xəbər verir ki, “Qafqazinfo”nun yaydığı məlumata əsasən, tələbənin yaşadığı mənzil “Şahed” tipli pilotsuz uçuş aparatı ilə vurulub.
Hadisə nəticəsində Türkiyə vətəndaşı olan daha bir nəfərin də yaralandığı bildirilir.
Məsələ Azərbaycanın Ukraynadakı Səfirliyinin nəzarətindədir.

