“BMW X7”nin dərəyə aşması nəticəsində həlak olan Elton Əsgərov Biləsuvarda torpağa tapşırılıb
Xəbər Yerində xəbər verir ki, avqustun 31-nə keçən gecə Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli yolunun Xaçmaz rayonundan keçən hissəsində baş verən ağır qəza nəticəsində həyatını itirən 24 yaşlı Elton Elşən oğlu Əsgərov dəfn edilib.
Biləsuvar rayonunun Bəydili kənd sakini olan Elton Əsgərov yaşadığı kənddə torpağa tapşırılıb.
Hadisə zamanı “BMW X7” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəza zamanı avtomobildə olan Elton Əsgərov hadisə yerində həyatını itirib. Sürücü və digər sərnişin isə ağır xəsarətlər alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya uğrayan “BMW X7” markalı avtomobilin bazar dəyərinin təxminən 200 min manat olduğu bildirilir.

