Azərbaycanda pul bazası 25,1 milyard manatı ötüb
Xəbər Yerində Report-a istinadən xəbər verir ki, bu il oktyabrın 30-na Azərbaycanda pul bazası 25 milyard 146,1 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici sentyabrın 30-u ilə müqayisədə 1,3 % artıb.
Bildirilib ki, ölkədə pul bazası ilin əvvəli ilə müqayisədə 11,9 %, ötən ilin eyni dövrünə nisbətən isə 17,5 % yüksəlib.

