“Ölü döl” qalmaqalı ilə gündəmə gələn klinikanın fəaliyyəti dayandırıldı

“Ölü döl” qalmaqalı ilə gündəmə gələn klinikanın fəaliyyəti dayandırıldı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Vital Hospital” kimi tanınan “Sağlamlıq və Gözəllik Mərkəzi” MMC-də keçirilən plandankənar yoxlama zamanı insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradan çoxsaylı qanun pozuntuları aşkarlanıb.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, yoxlama zamanı tibbi alətlərin sterilizasiyası, dezinfeksiya tədbirləri və sanitariya qaydalarının tələblərinə əməl olunmadığı, lisenziya şərtlərinin pozulduğu müəyyən edilib. Həmçinin bir sıra tibbi otaqların təşkil edilmədiyi, tibbi tullantıların düzgün idarə olunmadığı, vaxtı keçmiş dərman vasitələrinin saxlanıldığı və lisenziyada nəzərdə tutulmayan kosmetoloji xidmətlərin göstərildiyi üzə çıxıb.

Bundan başqa, bəzi əməkdaşların ixtisaslarına uyğun olmayan vəzifələrdə çalışdığı, rentgen fəaliyyəti üçün xüsusi icazə sənədinin müddətinin bitdiyi də müəyyən olunub.

Aşkarlanan pozuntuların insan sağlamlığı üçün ciddi risk yaratdığı nəzərə alınaraq, klinikanın stasionar tibbi xidmətinin fəaliyyəti dayandırılıb. Sahibkara nöqsanların 10 iş günü ərzində aradan qaldırılması barədə göstəriş verilib. Müddət başa çatdıqdan sonra müəssisədə təkrar yoxlama aparılacaq.

Qeyd edək ki, bir müddət əvvəl “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığı iddiaları da gündəmə gəlmişdi.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir