Bakının Binəqədi rayonunda yanğın baş verib.
Xeberyerinde xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 8-ci mikrorayon ərazisində təkər tullantılarının yığıldığı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

