Xəbər Yerində xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı prosesinə başlanılır.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək my.gov.az platforması üzərindən həyata keçiriləcək.
Qeydiyyat yalnız onlayn aparılacaq
Nazirlikdən bildirilib ki, tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə mümkündür.
Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər platformada qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqələrini yeniləməlidirlər.
15 yaşdan aşağı şəxslərə vacib xəbərdarlıq
15 yaşına çatmamış vətəndaşlar isə my.gov.az platformasında şəxsi kabinetlərini “SİMA rəqəmsal imza” vasitəsilə açmalıdırlar.

