Ötən həftə 861 yanğına müdaxilə edilib, 59 nəfər xilas olunub-VİDEO

Ötən həftə 861 yanğına müdaxilə edilib, 59 nəfər xilas olunub-VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) ötən həftə ərzində görülən işlərlə bağlı statistik məlumat açıqlayıb.

Nazirliyin məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olan müraciətlər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən 861 yanğına çıxış, 46 köməksiz vəziyyətdə qalma3 yol-nəqliyyat hadisəsi üzrə qəza-xilasetmə əməliyyatı həyata keçirilib.

Görülən operativ tədbirlər nəticəsində yanğınlar söndürülüb, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən həftə ərzində FHN qüvvələri tərəfindən 11-i azyaşlı olmaqla 59 nəfər xilas edilib, 15 nəfər təxliyə olunub, 7 nəfər tüstüdən zəhərlənib, 7 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir