“PAŞA Sığorta” Gürcüstanda baş vermiş sığorta hadisəsi üzrə müştərinin tibbi xərclərini ödəyib.
Şirkətin yaydığı məlumata görə, sığortalı şəxs səfər zamanı sol bud sümüyünün sınığı diaqnozu ilə tibb müəssisəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub.
Hadisə ilə bağlı ümumilikdə 3 425 manat məbləğində tibbi xərclər “PAŞA Sığorta” tərəfindən qarşılanıb.
Şirkət xatırladıb ki, 2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana səfər edən şəxslər üçün səyahət sığortası məcburidir. Bildirilib ki, səyahət sığortası xaricdə baş verə biləcək gözlənilməz hadisələr zamanı yaranan tibbi xərclərin qarşılanması baxımından mühüm təminat hesab olunur.
Qeyd olunub ki, səyahət sığortasını şirkətin onlayn platforması vasitəsilə qısa müddətdə rəsmiləşdirmək mümkündür.

