Xəbər Yerində Olay.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda səfərdə olarkən Azərbaycan mahnısına qulaq asdığı anları sosial şəbəkə hesabında paylaşıb.
Türkmənbaşı şəhərində olan Paşinyan velosipedlə şəhər gəzintisinə çıxıb.
Baş nazir özü tərəfindən lentə alınan görüntülərdə Zeynəb Həsəninin “Aram-aram” mahnısını dinlədiyi diqqət çəkib.
Paşinyanın paylaşdığı bu kadrlar azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

