Paşinyan və Makron arasında telefon danışığı: Sülh prosesi gündəmdə

Paşinyan və Makron arasında telefon danışığı: Sülh prosesi gündəmdə

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.

Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti açıqlama verib.

Məlumata əsasən, telefon danışığı zamanı Ermənistan-Fransa strateji tərəfdaşlığının gündəliyində yer alan məsələlər müzakirə olunub. Həmçinin iki ölkə arasında əlaqələrin davamlı inkişaf etdirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində qarşılıqlı iradə bir daha təsdiqlənib.

Paşinyan söhbət zamanı Ermənistanla Fransa arasında ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinin, eləcə də Ermənistan məhsullarının ixrac imkanlarının artırılmasının vacibliyini diqqətə çatdırıb.

Liderlər həmçinin Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın inkişaf perspektivlərini, regional və beynəlxalq gündəmdə olan aktual məsələləri də nəzərdən keçiriblər.

Telefon danışığında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh prosesi də müzakirə mövzusu olub. Paşinyan və Makron Cənubi Qafqazda sabit, davamlı və uzunmüddətli sülhün təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir