ABŞ-nin müharibə naziri Pit Heqset Konqresin onun impiçmentinə nail ola bilməyəcəyinə əmin olduğunu bildirib.
Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Heqset bu barədə Pentaqonun “X” sosial şəbəkə hesabında yayımlanan videomüraciətində danışıb.
“Məsələ məndə deyil, amma yəqin ki, gördüyünüz kimi, qarşı tərəf impiçment ideyasına aludə olub”, – deyə o bildirib.
İranla müharibə və seçkilərin nəticələri
Pentaqon rəhbəri İranla müharibəni “cəsarətli və tarixi” addım kimi xarakterizə edib. Bununla yanaşı, o, bu həftə keçirilən aralıq seçkilərində seçicilərin məhz İranla münaqişəyə görə Respublikaçılara etiraz etdiklərini də etiraf edib.
Heqset siyasi rəqiblərinin ona qarşı “şəxsi məhvetmə siyasəti” həyata keçirdiklərini iddia edib.
“Bu, Prezident Trampa qarşı işə yaramadı. Mənə qarşı da işə yaramayacaq. Biz geri çəkilməyəcəyik”, – deyə nazir əlavə edib.

