“Sabah”dan Çempionlar Liqasında inanılmaz rekord

“Sabah”dan Çempionlar Liqasında inanılmaz rekord

“Sabah” klubu UEFA Çempionlar Liqasında tarixi uğura imza atıb.

2017-ci ildə yaradılan Bakı təmsilçisi cəmi 9 il ərzində turnirin təsnifat mərhələsindən keçərək liqa mərhələsinə yüksəlib. Bununla da “Sabah” Çempionlar Liqasının təsnifat mərhələsindən əsas mərhələyə ən qısa müddətdə çatan klub olub.

Bu göstəricidə əvvəlki rekord Rusiyanın “Krasnodar” klubuna məxsus idi. Sözügedən komanda yaradıldıqdan 12 il sonra Çempionlar Liqasının liqa mərhələsində iştirak hüququ qazanmışdı.

“Sabah” pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu iki oyunun nəticəsinə əsasən 6:4 hesabı ilə məğlub edib.

Bakı təmsilçisi bununla “Qarabağ”dan sonra Çempionlar Liqasının əsas mərhələsinə yüksələn ikinci Azərbaycan klubu olub.

Mənbə: İdmanTV

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir