Xəbər Yerində xəbər verir ki, “Kurtlar Vadisi” serialında Polat Alemdar obrazı ilə tanınan aktyor Necati Şaşmaz oğulları Ali Nadir və Yusuf Emir ilə birlikdə Bitlis vilayətinin Ahlat rayonunu ziyarət edib.
54 yaşlı aktyor 1071-ci il Malazgirt Zəfərinin 955-ci ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində Ahlata gedib.
Şaşmaz oğulları ilə bölgənin tarixi məkanlarını gəzib və tədbir iştirakçılarının diqqətini çəkib.
Aktyor səfərdən fotoları sosial media hesabında “Ahlat gəzintisi” qeydi ilə paylaşıb. Fotolar qısa müddətdə izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Necati Şaşmaz uzun müddətdir ekranlardan uzaq həyat sürür.



