Xəbər Yerində xəbər verir ki, Rusiyanın Amur vilayətində tikintisi davam edən qaz-kimya kompleksində baş verən yanğında ölənlərin sayı 7-yə çatıb.
Məlumata görə, hadisə nəticəsində 152 nəfər yaralanıb, 9 nəfər isə itkin düşüb. Ölənlərdən 6-nın Çin vətəndaşı olduğu bildirilib.
SƏBƏB ARAŞDIRILIR
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmaya başlayıb. Yanğının sənaye təhlükəsizliyi qaydalarının mümkün pozulması nəticəsində baş verib-vermədiyi araşdırılır.
Yaralıların Rusiyanın müxtəlif bölgələrindəki xəstəxanalara çatdırılması üçün əraziyə yardım təyyarəsi göndərildiyi bildirilib.
DÜNYANIN ƏN BÖYÜK KOMPLEKSLƏRİNDƏN BİRİDİR
Sibur və Çinin Sinopec şirkətlərinin birgə layihəsi olan Amur Qaz-Kimya Kompleksində hələ istehsala başlanılmayıb.
Müəssisənin ildə 2,3 milyon ton polietilen və 400 min ton polipropilen istehsal etməsi planlaşdırılır.

