Polis sürücüdən şübhələndi, narkotik vasitə qəbul etdiyi müəyyənləşdi

Polis sürücüdən şübhələndi, narkotik vasitə qəbul etdiyi müəyyənləşdi

Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Masallı rayon sakini C.Ağayev idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Astara rayonunda yerləşən stasionar postda Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri polis əməkdaşlarında şübhə yaradıb. Bundan sonra onun tibbi müayinədən keçirilməsi təmin olunub.

Müayinənin nəticəsində C.Ağayevin narkotik maddə qəbul etdiyi və narkotik sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə sürücü barəsində inzibati qaydada həbs qərarı çıxarılıb.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında avtomobil idarə etməyin həm sürücünün, həm də digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirib.

Qeyd olunub ki, bu cür hallara yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir