Polisdən qaçıb damda gizləndi, yatarkən yaxalandı

Polisdən qaçıb damda gizləndi, yatarkən yaxalandı

İngiltərənin Salford şəhərində axtarışda olan 37 yaşlı şəxs evlərin damında yatarkən saxlanılıb.

Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, qonşular həmin şəxsin evlərin damlarından kirəmitləri aşağı atması ilə bağlı polisə məlumat veriblər. Hadisə yerinə polis, yanğınsöndürənlər və tibbi briqada cəlb olunub.

Yayılan görüntülərdə xüsusi təyinatlı polis əməkdaşlarının damda yatan şəxsi saxlaması əks olunub. Ələ keçirildiyini hiss edən şəxs polisə müqavimət göstərməyə çalışsa da, aşağı endirilərək həbs edilib.

Hadisə zamanı iki polis əməkdaşı yüngül xəsarət alıb.

Sonradan saxlanılan şəxsin axtarışda olduğu müəyyənləşib. O, ictimai narahatlıq yaratma, əmlaka ziyan vurma, ictimai asayişi pozma, soyğunçuluq və iki polis əməkdaşına hücumda şübhəli bilinir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir