Prezident: Azərbaycanda bütün etnik qruplar “dəmir yumruq” kimi birləşdi

Prezident: Azərbaycanda bütün etnik qruplar “dəmir yumruq” kimi birləşdi

“Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız milli ideyamız – azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir”.

Xəbər Yerində BAKU.WS-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bu birliyin müstəqil tariximizin ən çətin mərhələlərində özünü büruzə verdiyini vurğulayıb.

Prezident bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri dəmir yumruq kimi birləşiblər.

İlham Əliyev bunun Azərbaycanın qələbəsinin rəmzi olduğunu qeyd edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir