Salyan rayonunun Kərimbəyli kəndində yol-nəqliyyat hadisəsi təhlükəli anlarla yadda qalıb.
Xəbər Yerində Bakuws-ə istinadən xəbər verir ki, hadisə zamanı “KIA” markalı avtomobilin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olub.
Bu zaman qarşı istiqamətdən hərəkət edən “Ford Transit” markalı yük avtomobilinin sürücüsü toqquşmanın qarşısını almaq üçün son anda sağa manevr edib.
Lakin bu manevr nəticəsində yük avtomobilinin sürücüsü sükan arxasında idarəetməni itirib.
Hadisə anbaan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

