Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olub. Həmin zaman ailənin balaca üzvü Gülər dövlət başçısından traktor istəyib.
Xeber Yerinde “Aztve”ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev balaca Gülərin arzusunu reallaşdırıb.
Belə ki, Əsədovlar ailəsinə traktor hədiyyə olunub.
Xatırladaq ki, Prezident daha əvvəl Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüşü zamanı balaca Ayazın ondan istədiyi “Kamaz” arzusunu da reallaşdıraraq ailəyə avtomobil hədiyyə etmişdi.

