Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah” futbol klubuna maliyyə dəstəyi göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, klub üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə ayrılan vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, “Sabah” avqustun 25-də UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel Beer-Şeva” klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdıraraq turnirin liqa mərhələsinə yüksəlib

