“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.
Xeberyerinde Xezerxeber.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirəcək.
Nazirlik, həmçinin plan üzrə görülən işlərin vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etməlidir.
Sərəncama əsasən, Tədbirlər Planının icrasının monitorinqi və qiymətləndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.

