Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği 723 milyon manat təşkil edib.
“Xəbər Yerində” AMB-yə istinadən xəbər verir ki, bu göstərici iyulun 1-i ilə müqayisədə 0,5% artıb.
Problemli kreditlərin həcmi ilin əvvəlindən 37,85%, son bir ildə isə 36,6% yüksəlib.
İyulun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 2,1% olub. Müqayisə üçün, bu göstərici iyunun sonunda da 2,1%, 2025-ci ilin sonunda 1,6%, ötən ilin iyulunda isə 1,7% təşkil edib.

