Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekə işgüzar səfərə gəlib.
“Xəbər Yerində” xəbər verir ki, Putin səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv ölkələrinin dövlət başçılarının toplantısında iştirak edəcək.
Rusiya liderinin “ŞƏT+” formatında keçiriləcək yüksək səviyyəli görüşə və VI Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasiminə qatılması da nəzərdə tutulur.
Putini “Manas” Beynəlxalq Hava Limanında Qırğızıstan Nazirlər Kabinetinin sədri və Prezident Administrasiyasının rəhbəri Adılbek Kasıməliyev qarşılayıb.
Qeyd edək ki, bu il Qırğızıstan ŞƏT-ə sədrlik edir. Bişkekdə keçiriləcək sammit təşkilatın yaradılmasının 25 illiyinə təsadüf edir.
Putinin səfəri zamanı bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır. Rusiya prezidentinin Çin lideri Si Cinpin, Hindistanın Baş naziri Narendra Modi və digər dövlət başçıları ilə görüşləri nəzərdə tutulub.

