Qəzzadan ürəkdağlayan görüntülər: 2 ailənin 112 üzvü dəfn edildi

Qəzzadan ürəkdağlayan görüntülər: 2 ailənin 112 üzvü dəfn edildi

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza şəhərində dağıntılar altında qalan 112 fələstinlinin cənazəsi təxminən üç ildən sonra torpağa tapşırılıb.

Məlumata görə, söhbət 2023-cü ilin noyabrında Qəzza şəhərinin Səbra məhəlləsində baş vermiş hücum zamanı həlak olan Əbu Şəriyəəl-Həsayna ailələrinin üzvlərindən gedir. Xilasetmə qrupları son günlər dağıntılar altından 100-dən çox cəsədi çıxardıqdan sonra onların dəfni mümkün olub.

Fələstin rəsmilərinin bildirdiyinə görə, həmin hücum nəticəsində ümumilikdə 308 nəfər həyatını itirib. Onların arasında 40 uşaq, 30 qadın və 7 əlilliyi olan şəxs də olub. Hazırda isə 157 nəfərin hələ də itkin düşdüyü, dağıntılar altında qaldığı ehtimal edilir.

Dəfn mərasimində minlərlə insan iştirak edib. Cənazələr Fələstin bayraqlarına bükülərək Qəzza şəhərinin küçələrindən keçiriliblər.

Fələstin Mülki Müdafiə Xidməti bu mərasimi müharibə başlayandan bəri Qəzzada keçirilən ən böyük dəfn mərasimlərindən biri kimi qiymətləndirib. Humanitar təşkilatlar isə dağıntılar altında qalan minlərlə insanın taleyinin hələ də naməlum olduğunu bildirirlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir