Xəbər Yerində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Qarabağ kanalının Beyləqan rayonunun İkinci Aşıqlı kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
Hazırda batdığı bildirilən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

