Xocavənd rayonunda mina hadisəsi baş verib.
Xeberyerinde “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qızılqaya kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, E. Abbasovun idarə etdiyi traktor ərazidə hərəkətdə olarkən minaya düşüb. Partlayış nəticəsində traktora ziyan dəyib.
Hadisə zamanı sürücü xəsarət almayıb.
Ərazidə mina və partlamamış hərbi sursatların mövcudluğu bu cür bölgələrdə texnika ilə hərəkət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinin vacibliyini bir daha göstərir.

