Qartal uşağı aparmağa çalışdı – atası son anda müdaxilə etdi-VİDEO

Qartal uşağı aparmağa çalışdı – atası son anda müdaxilə etdi-VİDEO

Gözlənilməz hadisə zamanı qartal azyaşlı uşağa hücum edərək köynəyindən yapışıb onu havaya qaldırmağa çalışıb.

Hadisə vaxtı uşağın yanında olan atası dərhal hərəkətə keçərək övladını quşun caynağından çıxarıb və təhlükəli vəziyyətin qarşısını alıb.

Kadrlarda qartalın qəfil uşağa yaxınlaşdığı və köynəyindən tutduğu, atanın isə uşağı özünə tərəf çəkərək quşdan uzaqlaşdırdığı əks olunub.

Hadisə ətrafdakılarda böyük təəccüb yaradıb. Sözügedən görüntülər daha sonra sosial şəbəkələrdə yayılaraq geniş marağa səbəb olub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir