Qazaxıstan və Özbəkistanın turizm şirkətləri Azərbaycanda tanışlıq səfərində olub-FOTO

Qazaxıstan və Özbəkistanın turizm şirkətləri Azərbaycanda tanışlıq səfərində olub-FOTO

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə iyulun 21-dən 24-dək Qazaxıstan və Özbəkistandan turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq turu təşkil edilib.

Səfər zamanı iki ölkədən 20-yə yaxın turizm şirkətinin təmsilçisi Azərbaycanın turizm potensialı ilə yaxından tanış olub. Qonaqlara ölkənin turizm infrastrukturu, çimərlik istirahəti imkanları, mədəni irsi, eləcə də milli mətbəxi təqdim edilib.

Proqram çərçivəsində Qazaxıstan və Özbəkistanın turizm sektoru nümayəndələri ilə Azərbaycanın turizm şirkətləri və hotellərini təmsil edən 80-ə yaxın iştirakçı arasında B2B formatında işgüzar görüşlər keçirilib. Görüşlərdə yeni əməkdaşlıq imkanları, turizm əlaqələrinin inkişafı və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Məlumata görə, 2026-cı ilin ilk altı ayında Azərbaycana Qazaxıstandan 50 mindən, Özbəkistandan isə 34 mindən çox turist səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11 və 49 faiz artım deməkdir.

Mənbə: Azərtac

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir