Qızılın qiymətində azalma qeydə alınıb.
Xəbər Yerində xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr ayı üzrə fyuçerslərinin qiyməti 0,15 faiz geriləyib.
Nəticədə bir troya unsiya (31,1 qram) qızılın dəyəri 4 345,5 ABŞ dollarına düşüb.
Gümüşün qiymətində də eniş müşahidə olunub. COMEX-də 2026-cı ilin dekabr ayı üzrə gümüş fyuçersləri 0,43 faiz ucuzlaşaraq bir unsiya üçün 63,87 dollar təşkil edib.
Mənbə: Apa

