Xəbər Yerində xəbər verir ki, Azərbaycan Mərkəzi Bankında yaradılan Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinə rəhbər təyin olunub.
Bu vəzifəyə İlahə Baxışova-Tahirli gətirilib.
1994-cü il təvəllüdlü İlahə Baxışova-Tahirli Azərbaycan Dillər Universitetində Regionşünaslıq üzrə bakalavr, Bakı Mühəndislik Universiteti və İtaliyanın Sapienza Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb.
O, Mərkəzi Bankda fəaliyyətinə 2023-cü ilin aprelində başlayıb. İlk olaraq insan kapitalının inkişafı üzrə böyük mütəxəssis vəzifəsində çalışan Baxışova-Tahirli 2024-cü ilin avqustundan peşəkar inkişaf və maliyyə maarifləndirilməsi istiqamətində fəaliyyət göstərib.
Yeni şöbə rəhbərinin bundan əvvəl “Bravo Supermarket Azerbaijan” şirkətində də təxminən 5 il iş təcrübəsi olub. O, şirkətdə insan resurslarının inkişafı, işə qəbul və istedadların idarə edilməsi istiqamətlərində müxtəlif vəzifələrdə çalışıb.
Bundan əvvəl isə “Excelsior Hotel Baku”da insan resursları üzrə assistent kimi fəaliyyət göstərib.
İlahə Baxışova-Tahirli III “Yüksəliş” müsabiqəsinin qaliblərindən biridir.
Mənbə: Bizim.media

