“Xəbər Yerində” xəbər verir ki, 6 nəfərdən ibarət qrup gecə saat 03:00 radələrində əvvəlcədən müəyyən etdikləri zərgərlik mağazasına daxil olaraq oğurluq etməyə çalışıb.
Şübhəlilər mağazanın panjurlarını qaldıraraq içəri keçib və qızıl-zinət əşyalarını çuvallara doldurmağa başlayıblar. Bu zaman obyektin təhlükəsizlik sistemi işə düşüb.
Siqnal barədə məlumat alan mağaza sahibi uzaqdan təhlükəsizlik sistemini aktivləşdirərək mağazanın daxilinə huşu zəiflədən xüsusi qaz buraxıb və panjurları yenidən endirib.
Əraziyə polis əməkdaşları gəldikdən sonra mağaza sahibi huşsuz vəziyyətdə olan 6 şübhəlini polisə təhvil verib.

