“Turan” Yunanıstanda turnirə qatılacaq

“Turan” Yunanıstanda turnirə qatılacaq

“Xəbər Yerində” xəbər verir ki, qadın voleybolçulardan ibarət “Turan” komandası sentyabr ayında Yunanıstanda keçiriləcək turnirdə iştirak edəcək.

Bu barədə Tovuz klubunun prezidenti Həsən Zeynalov məlumat verib.

Onun sözlərinə görə, turnir Afinada təşkil olunacaq. “Turan”ın rəqiblərindən biri Yunanıstanın yüksək liqasında çıxış edən “ASP Tetis” komandası olacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının son qalibi olan “Turan” əvvəlcə İtaliyanın Milan şəhərində təlim-məşq toplanışı keçirəcək. Komanda hazırlıq prosesinin ardından Yunanıstana yollanacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir