Qobustanda Hyundai dirəyə çırpıldı: Sürücü dünyasını dəyişdi

Qobustanda Hyundai dirəyə çırpıldı: Sürücü dünyasını dəyişdi

Qobustan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberyerinde Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 27 yaşlı Emil Əmralıyevin idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir