Qubada UAZ aşdı, yaralılardan birinin vəziyyəti orta ağırdır

Qubada UAZ aşdı, yaralılardan birinin vəziyyəti orta ağırdır

Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, yaralılar avqustun 3-də saat 08:20 radələrində xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Onlara bədənin müxtəlif nahiyələrinin səthi travmaları, sağtərəfli qabırğaların sınığı və başın sağ payının yumşaq toxumalarının hematoması diaqnozları qoyulub.

1968-ci il təvəllüdlü şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Digər üç nəfərin vəziyyəti qənaətbəxş olduğundan onlara ambulator müalicə təyin edilərək evə buraxılıblar.

Qəza Quba–Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, UAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir