Ramiz Mehdiyevin ailəsində ağır itki

Ramiz Mehdiyevin ailəsində ağır itki

Ramiz Mehdiyevin kürəkəninə ağır itki – qardaşı vəfat etdi

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə ağır itki üz verib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, İlham Əliyevin qardaşı, uzun illər müxtəlif dövlət və digər qurumlarda rəhbər vəzifələrdə çalışmış Fikrət Əliyev vəfat edib.

Müxtəlif vəzifələrdə çalışıb

Fikrət Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində polkovnik rütbəsi ilə xidmət edib.

O, həmçinin Beynəlxalq Universitetdə prorektor vəzifəsində çalışıb. Bundan başqa, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yanında Mərkəzi Hərbi-Həkim Komissiyasına rəhbərlik edib.

AMEA-da da vəzifə tutub

Fikrət Əliyev Ramiz Mehdiyevin AMEA prezidenti seçilməsindən təxminən bir ay sonra AMEA İşlər idarəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir