Rasim Balayevdən sonra bu sənətçi sədr oldu

Rasim Balayevdən sonra bu sənətçi sədr oldu

Xəbər Yerində xəbər verir ki, Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri olub.

Qərar bu gün keçirilən konfrans zamanı təşkilata üzvlərin iştirakı ilə keçirilən səsvermə nəticəsində qəbul edilib.

Qeyd edək ki, ittifaqın bundan əvvəlki rəhbəri Xalq artisti Rasim Balayev olub. O, bu ilin mart ayında dünyasını dəyişib.

1945-ci ildə Dərbənddə anadan olan Şəfiqə Məmmədova Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələrindəndir. O, 1982-ci ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb, həmçinin SSRİ və Azərbaycan SSR dövlət mükafatlarının laureatıdır.

Aktrisa “Qaraca qız”, “Dədə Qorqud”, “İstintaq”, “Bizim Cəbiş müəllim”, “Ad günü” və “Çarvadarların izi ilə” kimi məşhur filmlərdə müxtəlif obrazları canlandırıb.

Ş.Məmmədova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin 29 mart 2025-ci il tarixli sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif olunub.

Mənbə: News24.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir