Robert Köçəryan məhkəmə zamanı xəstəxanaya yerləşdirildi

Robert Köçəryan məhkəmə zamanı xəstəxanaya yerləşdirildi

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın səhhəti ilə bağlı yeni hadisə yaşanıb. O, məhkəmə iclasının başlamasından təxminən yeddi saat sonra yenidən xəstəxanaya aparılıb.

“Yerevan Today”in məlumatına görə, Köçəryanın oğlu Levon Köçəryan məhkəmə binasının qarşısında jurnalistlərə açıqlamasında atasının xəstəxanada qalmasının həkimlər tərəfindən daha məqsədəuyğun hesab edildiyini bildirib.

Onun sözlərinə görə, məhkəmə prosesi davam edir və müdafiə tərəfi iclasda iştirakını davam etdirəcək. Levon Köçəryan məhkəmənin səhər saatlarınadək qərar qəbul edə biləcəyini də qeyd edib.

Xatırladaq ki, avqustun 25-də də Robert Köçəryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasından xəstəxanaya yerləşdirildiyi açıqlanmışdı.

Mənbə: Apa

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir